Neftin qiyməti yüksəlir, Brent bir barel üçün $86,71 təşkil edir

25.01.2022,09:15


25 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən gün düşdükdən sonra çərşənbə axşamı ticarətində artır.

Saat 9:05-də London ICE Futures birjasında baş tutan hərracda Brent neftinin mart fyuçersləri $0,44 (0,51%) - barel başına $86,71-ə yüksəldi. Yanvarın 24-də ticarət nəticələrinə görə, Brent-in mart fyuçersinin qiyməti $1,62 (1,84%) – barel başına $86,27-ə düşüb.

Saat 9:05-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin mart ayına fyuçersi $0,31 (0,37%) - barrel başına $83,62 səviyyəsinə yüksəldi. Yanvarın 24-də ticarət nəticələrinə görə, mart fyuçerslərinin qiyməti $1,83 (2,15%) - barrel başına $83,31-ə düşüb.