Parklanmaya görə bir gündə 1000-ə yaxın sürücü cərimələndi - Bakıda reyd

11:56 - 25.01.2022


25 yanvar, Fineko/abc.az. Ötən gün Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar yol polisi tərəfindən keçirilən reydlərdə 1000-ə yaxın cərimə protokolu yazılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

DYP rəsmisi qeyd edib ki, həmçinin keçirilən reydlər zamanı özlərini “parkovşik” kimi təqdim edən 35-ə yaxın şəxs saxlanılıb və cərimə edilib.

A. Əsgərli bildirib ki, yol polisi tərəfindən bu cür reydlər davam etdirilir.

 

Bütün xəbərlər