Daha bir rayonda "Ağıllı kənd"in inşasına hazırlıq görülür - Nazir müavinindən açıqlama

12:32 - 25.01.2022


25 yanvar, Fineko/abc.az. Zəngilan rayonunun Ağalı kəndində ilk "Ağıllı kənd"in inşası başa çatıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən "Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığın rolu" mövzusunda konfransda bildirib.

"Hazırda Füzuli rayonunun Dövlətyarlı kəndində 2-ci "Ağıllı kənd"in inşasına hazırlıq görülür", - o deyib.

 

Bütün xəbərlər