Böyük şirkətlərin rəhbərlərindən daha çox qazanan "tiktoker"lər - Siyahı

15:08 - 25.01.2022


25 yanvar, Fineko/abc.az. 2021-ci ildə bəzi "TikTok" blogerləri qəribə də olsa bir sıra iri şirkətlərin rəhbərlərindən daha çox gəlir əldə edib.

ABC.AZ xarici mediaya istinadən həmin blogerləri və qazanclarını təqdim edir. Birinci sırada 133 milyon izləyicisi olan və ötən il 17,5 milyon dollar gəlir əldə edən 17 yaşlı Çarli d'Amelio olub.

Müqayisə üçün qeyd edək ki, "Exxon Mobil" şirkətinin baş direktoru Darren Vuds 2021-ci ildə 15,6 milyon dollar, "Starbucks"ın rəhbəri Kevin Conson 14,7 milyon dollar, "McDonald's"ın baş direktoru Kris Kempçinski 10,8 milyon dollar qazanıb. Bundan başqa, Çarli d'Amelionun bacısı Diksi ötən 10 milyon dollar qazanaraq "TikTok" blogerləri arasında ikinci, Eddison Rey 8,5 milyon dollar qazancla üçüncü olub. Ümumilikdə ən populyar "tiktoker"lərin illik ümumi gəliri 55,5 milyon dollar təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər