Azərbaycan Prezidenti Böyük Britaniyanın Baş naziri ilə görüşdü

10:23 - 27.04.2018


27 aprel, Fineko/abc.az. Ötən gün, aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev  Böyük Britaniyanın Baş naziri Tereza Mey ilə görüşüb.

Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalandı.

Sənəd ARDNŞ prezidenti Rövnəq Abdullayev və BP şirkətinin baş icraçı direktoru Robert Dadli tərəfindən imzalandı.

Aprelin  26-da Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri başa çatdı.

 


Bütün xəbərlər