10 min kvadratkilometrdən çox ərazidə indi quruculuq işlərinə start verilib - Prezident

15:55 - 25.01.2022


25 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ABC.AZ-ın məlumatına görə, görüşdə Prezident diqqətə çatdırıb ki, Ermənistan işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib.

“Ona görə bu böyük ərazidə - 10 min kvadratkilometrdən böyük olan ərazidə indi quruculuq işlərinə start verildi, amma gördüyünüz kimi, bu, çox genişmiqyaslı bir işdir. Yüzlərlə şəhər və kənd demək olar ki, yer üzündən silinib. Bərpa işlərinə start verildi və dediyim kimi, ümid edirəm ki, İran şirkətləri bu işlərdə fəal iştirak edəcəklər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bütün xəbərlər