"Azəripək" MMC-i nizamnamə kapitalını azaldıb

17:09 - 25.01.2022


25 yanvar, Fineko/abc.az. "Azəripək" MMC nizamnamə kapitalını 303 milyon 100 min manat azaldıb.

ABC.AZ xəbər verir ki, "Azəripək" MMC nizamnamə kapitalını 11 milyon 849 min 579 Azərbaycan manatından azaldaraq 11 milyon 546 min 479 Azərbaycan manatı məbləğində müəyyən edib.

"Azəripək" MMC-nin kreditorları 30 gün müddətində tələb və iddialarını AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., ev 35, 1033-cü məhəllə ünvanına bildirə bilərlər.

Bütün xəbərlər