Mayk Pompeo ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edildi

10:39 - 27.04.2018


27 aprel, Fineko/abc.az. ABŞ-ın Dövlət katibi vəzifəsinə Mərkəzi Kəşfiyyat Agentliyinin (KKA) keçmiş direktoru Mayk  Pompeo təsdiq edilib.

ABŞ Senatı cümə axşamı günü ABŞ-ın dövlət katibi vəzifəsinə Mayk Pompeonun namizədliyini təsdiqlədi.

Pompeo, daha əvvəl prezident Donald Tramp tərəfindən vəzifədən uzaqlaşdırılmış Reks Tillersonun yerinə keçəcək.

Pompeonu 57 senator dəstəkləyib, 42 nəfər isə onun əleyhinə səs verib.

Bu, ABŞ tarixində ən kiçik fərqdir. Karter administrasiyası dövründən etibarən bu vəzifəyə iddia edən hər bir namizəd, Trampın, 56 səs qazanmış birinci dövlət katibi Reks Tillerson istisna olmaqla, Senatada 85 və ya daha çox səs qazanmışdır.

 

Bütün xəbərlər