ARDNŞ və BP Xəzər dənizinin Azərbaycan sektorundakı D230 perspektivli blokun birgə kəşfiyyatı haqqında razılaşma imzaladılar

11:03 - 27.04.2018


27 aprel, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və BP şirkəti Xəzərin Azərbaycan sektorunda Şimali Abşeronda persektivli  D230 blokunun birgə işlənməsi və məhsulu haqqında razılaşma imzalayıb.

“BP-Azerbaijan” şirkətinin məlumatında deyilir ki, razılaşma, Londonda,  Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Tereza Meyin iştirakı ilə, ARDNŞ prezidenti Rövnəq Abdullayev və BP-nin Baş icraçı direktoru Robert Dadli tərəfindən  imzalanmışdır.

25 ilə nəzərdə tutulmuş razılaşmaya əsasən, pay iştirakı  paritet əsasında tərəflər arasında bölüşdürülür. BP operator qismində çıxış edəcək.

 

Bütün xəbərlər