"Microsoft"un gəlirləri artaraq bir ildə 51,7 milyard dollar olub

26.01.2022,11:03


26 yanvar, Fineko/abc.az. Amerikanın "Microsoft" korporasiyası ötən ilin göstəricilərini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, şirkətin ötən il gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20% artıb və 51,7 milyard dollar təşkil edib.

“Microsoft”un xalis mənfəət illik müqayisədə 21% artaraq 18,8 milyard dollara çatıb. Analitiklər hesab edir ki, şirkət yaxşı inkişaf nümayiş etdirib və maliyyə göstəriciləri ekspertlərin gözləntilərini üstələyib.

Müəllif: Elmir Murad