Ölkə üzrə qeyri-neft ixracının təqribən 25 faizi SOCAR-ın payına düşüb - Ötən ilin hesabatı

11:21 - 26.01.2022


26 yanvar, Fineko/abc.az. Qeyri-neft sektorunun inkişafı və ixracatın şaxələndirilməsi iqtisadiyyatın dayanıqlılığı baxımından strateji əhəmiyyət daşıyır.

ABC.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, SOCAR ölkə üzrə qeyri-neft sektorunun inkişafına da dəyərli töhfə verir.

Şirkətdən bildirilib ki, polimer məhsulları da daxil olmaqla, ötən ilin ilk 11 ayında ölkə üzrə qeyri-neft ixracının təqribən 25 faizi SOCAR-ın payına düşüb.

 

Bütün xəbərlər