Dünyanın ən dəyərli 500 brendi açıqlanıb - Siyahı

15:21 - 26.01.2022


26 yanvar, Fineko/abc.az. Dünyanın ən dəyərli və güclü brendlərinin illik hesabatı - “Qlobal 500-2022”ni dərc edilib.

ABC.AZ-ın məlumatına görə, reytinqi “Brand Finance” beynəlxalq reytinq agentliyi dərc edib.

Hesabata əsasən, son bir ildə brend dəyərini üç dəfə artıran "TikTok" dünyanın ən sürətlə böyüyən brendi seçilib.

Belə ki, sözügedən platformanın brend dəyəri 215% artımla 2021-ci ildəki 18,7 milyard ABŞ dollarından bu il 59 milyard ABŞ dollarına yüksəlib.

TikTok Dünyanın 500 ən dəyərli brendi arasında 18-ci yeri tutub. “Apple” 355 milyard ABŞ dollarından çox rekord dəyərlə dünyanın ən dəyərli brend titulunu qoruyur, "Amazon" 2-ci və "Google" isə 3-cü yerdədir. “WeChat” 100 baldan 93,3 bal toplayaraq AAA+ reytinqi ilə ardıcıl ikinci il dünyanın ən güclü brendi seçilib.

Müəllif: Elmir Murad


Bütün xəbərlər