![]() |
|
![]() |
27.04.2018,11:18
27 aprel, Fineko/abc.az. “TurStat” analitik agentliyi turistlərin 2018-ci ilin may bayramlarına ən yaxşı hadisələrin reytinqini tərtib edib.
May ayının bayram festivallarının reytinqi onların turizm cəhətindən cəlbediciliyinin və unikallığı təhlili üzrə tərtib edilib.
Sankt-Peterburqda buz sındıranların festivalı, Svetlogorskda (Kalininqrad vilayəti) "İri balıq / Big Fish 2018" qastronomiya festivalı, Koloqrivdə (Kostroma vilayəti) “Qaz günü” eko-bayram, Bolqarda (Tatarıstan) “Çak-çay” qastonomiya festifalı, Şahmatovo (Moskva vilayəti) malikanəsində “İlk şırım” bayramı, Novouzensk yaxınlığında (Saratov vilayəti) tülpanlar festvalı, Blaqoveşşenskdə (Amur vilayəti) “Amur Albazino” festivalı, Viktoropolda (Belqorod vilayəti) “Vorontsov diyarı” pion bayramı, Terskolda (Kabardin-Balkariya) Elbrus Race 2018 və Bakıda keçirilən Formula-1 Azərbaycan Qran Prisi may bayramlarında turistlər arasında hadisələrin ilk onluğuna daxildir.
Formula-1 Azərbaycan Qran Prisi aprelin 27-dən aprlein 29-da qədər Bakıda, Baku City Circuit şəhər yolunda keçirilir. Rusiyalı pilot Sergey Sirotkin Formula-1 çempionatında “Williams” komandasında çıxış edir, “Ferrari”dən Sebastyan Fettel isə çempionatda liderlik edir.
2017-ci ildə Bakıda Formula-1 Azərbaycan Qran Prisini təxminən 8 min xarici vətəndaş ziyarət edib, Rusiyadan olan turistlər isə xaricilər arasında birinci olublar.
Formula-1 Azərbaycan Qran Prisinin təqvimi
27 aprel
11:00 - 11:45. «Formula 2» - Pulsuz qeydiyyat
13:00 - 14:30. «Formula 1» - İlk pulsuz giriş
15:00 - 15:30. "Formula 2" - Təsnifat turu
17:00 - 18:30. "Formula 1" - İkinci pulsuz giriş
28 aprel
12:00 - 13:05. "Formula 2" - İlk yarış (29 dövrə və ya 60 dəqiqə)
14:00 - 15:00. «Formula 1» - Üçüncü pulsuz giriş
17:00 - 18:00. "Formula 1" - Təsnifat turu
29 aprel
13:10 - 14:00. "Formula 2" - İkinci yarış (21 dövrə və ya 45 dəqiqə)
14:40 - 15:10. Pilotların paradı
15:00 - 15:25. Açılış mərasimi
15: 56-15: 58. Dövlət himni
16: 10-18: 00. "Formula 1" – Qran Pri (51 dövrə ya da 120 dəqiqə)
05 Mart 2021 | 17:41
05 Mart 2021 | 17:17
05 Mart 2021 | 17:06
05 Mart 2021 | 16:56
05 Mart 2021 | 16:49
05 Mart 2021 | 16:43
05 Mart 2021 | 16:29
05 Mart 2021 | 16:18
05 Mart 2021 | 16:12
05 Mart 2021 | 15:52
05 Mart 2021 | 15:41
05 Mart 2021 | 15:35
05 Mart 2021 | 15:19
05 Mart 2021 | 14:50