“Şimal-Cənub” layihəsi üzrə üçtərəfli qrup yaradılacaq

27.04.2018,15:50


27 aprel, Fineko/abc.az. Azərbaycan, Rusiya və İranın energetika nazirlərinin müavinləri Bakıda cümə axşamı günü “Şimal-Cənub” enerji dəhlizinin yaradılması layihəsinin həyata keçirilməsi üzrə görüş keçiriblər.

Azərbaycanın Energetika  Nazirliyinin məlumatına əsasən, tərəflər "Şimal-Cənub" enerji dəhlizinin yaradılması layihəsini həyata keçirmək üçün 18 nəfərdən ibarət qrupun yaradılması barədə razılığa gəliblər.

“Görüşdən sonra hər üç ölkədən altı nəfərdən ibarət işçi qrupunun yaradılmasına dair və növbəti iclasın iyun ayında Moskvada keçirilməsi barədə razılıq əldə olundu”, - deyə məlumarda qeyd edilir.

Tərəflər həmçinin üç ölkənin elektrik enerjisi sistemlərinin birləşdirilməsi üzrə layihənin texniki-iqtisadi əsaslandırması və həmin TİƏ-in birgə işlənməsi haqqında saziş layihəsi üzrə razılığa gəliblər.

Görüşdən sonra sonra bir protokol imzalandı.

Görüşdə çıxış edən Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov bildirilib ki, Azərbaycanın yerləşdiyi mövqe və həyata keçirdiyi enerji layihələri  sayəsində “Şərq-Qərb” enerji dəhlizinin yaradılması  təmin edilib. Bu dəhliz üzərindən artıq üç ildir ki,  Gürcüstan və Türkiyəyə elektrik enerjisi ötürülür. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və İran arasında elektrik enerjisinin ixracı sahəsində mövcud imkanlar “Şimal-Cənub” elektrik enerjisi dəhlizinin də formalaşdırılmasına şərait yaradır.

 

Açar sözlər: Energetika