İlin əvvəlindən etibarən Azərbaycanda 167,5 milyon ton yük daşınıb

17:42 - 18.10.2017


Azərbaycanda yanvar-sentyabr aylarında 167,5 milyon ton yük və 1437,5 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə, yük  daşımalarının həcmi 1,8%-ə qədər, sərnişin daşımaları isə 2,2%-ə qədər artmışdır.

“Yüklərin 63,9%-i avtomobillərlə, 26,1% - boru kəmərləri ilə, 6,3% - dəmir yolu ilə, 3,6% - dəniz nəqliyyatı ilə və 0,1%  hava nəqliyyatı ilə daşınmışdır”, - xəbərdə belə deyilir.
Həmçinin bildirilir  ki, sərnişinlərin 88,1%-i avtomobil nəqliyyatı ilə, 11,6% - metro ilə, qalanları isə dəniz və hava nəqliyyat növləri ilə daşınmışdır.

Bütün xəbərlər