Azərbaycanda daha 3192 nəfər COVİD-19-a yoluxdu

17:11 - 26.01.2022


26 yanvar, Fineko/abc.az. Bir gün ərzində Azərbaycanda koronavirusa (COVİD-19) 3192 yeni yoluxma halı aşkarlanıb, 1259 nəfər müalicə olunub, 18 isə nəfər dünyasını dəyişib.

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda virusa 640148 nəfərin yoluxması faktı aşkarlanmış, 619050 nəfər müalicə alınaraq sağalmış, 8650 nəfər isə dünyasını dəyişmişdir.

Bir gün ərzində COVİD-19 infeksiyasının yeni hallarının aşkar edilməsi üçün 12544 test, ötən müddət ərzində 6 094 493 test keçirilib.

 

Bütün xəbərlər