Nar ixracından 18 milyon dollar qazanc əldə edilib

26.01.2022,17:35


26 yanvar, Fineko/abc.az. 2021-ci ilin yekunları üzrə Azərbaycan narının ixrac həcmi $18 milyonu ötüb.

ABC.AZ İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondunun məlumatında deyilir. Hazırda Azərbaycanda 22 min hektardan çox nar bağı var.

Narın ən çox əkildiyi bölgələr Göyçay, Kürdəmir, Ağsu, Ucar, Saatlı və Sabirabad rayonlarıdır.

2021-ci ilin dekabr ayında Nazirlər Kabinetinin müvafiq qərarı ilə aqrar sığota edilən bitkilərin sayı 14-dən 41-ə qaldırılıb.

Digər meyvələrlə yanaşı, nar da aqrar sığorta edilən məhsulların siyahısına əlavə edilib.