Azərbaycanda sığorta sektoru üçün vahid PR strategiyası hazırlanacaq

11:51 - 27.04.2018


27 aprel, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) şirkətlərin PR menecerləri ilə görüş keçirib.

ASA-nın məlumatında deyilir ki, görüşün məqsədi, sığorta sektorunun düzgün təbliği üçün PR strategiyasının inkişaf etdirilməsini müzakirə etmək məsələsidir.

“Görüşün sonunda sonra vahid PR strategiyasının hazırlanması qərara alındı. Bunun üçün şirkətlərin təkliflərinin toplanması, ASA-nın nəzdində sığorta təbliğat qrupunun yaradılması və qrup çərçivəsində təbliğat strategiyasının hazırlanması qərara alınıb”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər