Neftin qiyməti aşağı düşür, Brent bir barelə $89,26 təşkil edir

09:40 - 27.01.2022


27 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən sessiyanın yekunları üzrə 2% artdıqdan sonra cümə axşamı hərracında aşağı düşür.

Saat 9:25-də London ICE Futures birjasında Brent neftinin mart fyuçersi $ 0,70 (0,78%) - barrel başına $89,26-a düşdü. Yanvarın 26 - da ticarət nəticələrinə görə, Brent-in mart fyuçersinin qiyməti $1,76 (2%) artaraq barel başına $89,96-a çatıb.

Saat 9: 26-da, Nyu-York ticarət birjasında (NYMEX) WTI-nin mart ayına olan fyuçersi $0,78 (0,89%) - barel başına $86,57-ə qədər aşağı düşdü. Yanvarın 26 – da baş tutan ticarətin nəticələrinə görə, WTI-nin mart fyuçersi $1,75 (2,05%) artaraq barel başına $87,35-ə çatıb.


Bütün xəbərlər