Azərbaycanın 5G strategiyası demək olar ki, hazırlanıb - Nazir müavini

11:33 - 27.01.2022


27 yanvar, Fineko/abc.az. Radiotezliklər üzrə Dövlət komissiyası tərəfindən Azərbaycanda tezlik zolaqlarının ayrılması cədvəlini və radiotezliklər spektrinin perspektiv istifadə planları təstiq olunub.

ABC.AZ xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" adlı seminarda çıxış edərkən deyib.

O qeyd edib ki, bu qarşıdakı 10 il ərzində ölkədə keçid metodologiyanın hansı tezliklərdə, hansı formada inkişaf edəcəyinin yol xəritəsidir:

"Bu gün biz artıq yeni bir çağırışın qarşısındayıq. Dünyada buna fərqli yanaşmalar var. Uzun bir araşdırmalardan sonra artıq ölkənin 5G strategiyası demək olar ki, hazırlanıb və hazırda bu strategiya razılaşdırılma və müzakirə mərhələsindədir".

Bütün xəbərlər