Ötən il sənaye zonalarında 2,4 mlrd. manat dəyərində məhsul istehsal edilib – Nazir

12:06 - 27.01.2022


27 yanvar, Fineko/abc.az. Ötən il sənaye zonalarının qeyri-neft sənaye istehsalında payı 15,5%-ə yüksəlib, qeyri-neft sənaye istehsalının artımındakı payı isə 30% təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter hesabında qeyd edib.

Nazir bildirib ki, sənaye zonaları iqtisadiyyat-ın diversifikasiyasında, xüsusilə qeyri-neft sənayesinin inkişafında mühüm rol oynayır.

"2021-ci il ərzində sənaye zonalarında 2,4 mlrd. manat dəyərində məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 88,3% çoxdur" deyə M.Cabborov yazıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər