Altı ayda 1600 qazi və şəhid ailəsi işə cəlb edilib - Nazir

14:28 - 27.01.2022


27 yanvar, Fineko/abc.az. Azərbaycan hökuməti son 3 il ərzində 3 böyük sosial layihəyə 5 milyard manatdan artıq vəsait ayırıb.

ABC.AZ-ın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. O qeyd edib ki, bu tədbirlər sosial layihələrin davamıdır:

“Ölkədə ildən-ilə orta və yuxarı gəlirli insanların imkanları günü-gündən yaxşılaşır, lakin dövlət ən aşağı gəlirli insanlara dəstək verir. Son illər sosial ödənişlər 65 faiz artıb.

Bu gün 700 mindən çox pensiyaçının əlavəsini almaq üçün xərcləri dövlət üzərinə götürüb. Əgər biz ənənəvi qayda ilə pensiyaların verilməsini davam etdirsəydik, o zaman məbləğ indikindən iki dəfə aşağı olacaqdı”.

Nazir əlavə edib ki, bu sahədə ən böyük layihə Prezidentin göstərişi ilə Məşğulluq Marafonu olub və 610 qurumumuz bu marafona qoşulub.

4024 vakansiya portala yerləşdirilib və 6 ay ərzində 1600 qazi və şəhid ailəsi işə cəlb edilib.

 

Bütün xəbərlər