Rusiyanın daşınmaz əmlak bazarının liderləri həmyerlilərimiz oldu – Foto

15:40 - 27.01.2022


27 yanvar, Fineko/abc.az. 2021-ci ildə Rusiya daşınmaz əmlak bazarının liderlərinin adları və gəlirləri açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Forbes” jurnalında məlumat verilib.

Sözügedəb jurnalda reytinq halında dərc olunan yazıda birinci yeri həmyerlilərimiz Qod Nisanov və Zaxar İliyevə məxsus “Kiyevskaya Ploşşad” şirkətlər qrupu tutur.

Şirkət Rusiyada kommersiya daşınmaz əmlakının ən böyük sahiblərindən biridir və ona "Yevropeysk" ticarət və əyləncə mərkəzi və "Food City" kənd təsərrüfatı klasteri kimi layihələr daxildir.

Jurnalda qeyd olunub ki, şirkətin icarə gəliri 2021-ci ildə 1,67 milyard dollar təşkil edib. 2020-ci ildə  isə 1,28 milyard dollar olmuşdu.

Müəllif: Elmir Murad


Bütün xəbərlər