Azərbaycanda 3 361 yeni yoluxma halı aşkarlanıb

17:08 - 27.01.2022


27 yanvar, Fineko/abc.az. Bir sutka ərzində Azərbaycanda koronavirusa (COVİD-19) 3 361 yoluxma halı aşkarlanıb, 1 132 nəfər müalicə olunub, 14 nəfər dünyasını dəyişib.

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyilir ki, COVİD-19 infeksiyalarının təsdiqlənmiş hallarının ümumi sayı 643509-a çatıb, qurbanların sayı 8664 nəfər təşkil edir, 620182 nəfər müalicə olunub.

Bir gün ərzində 12923 test, pandemiyanın başlanğıcından bəri ölkədə 6 107 416 test edilmişdir.

 

Bütün xəbərlər