Lombardlar haqqında qanun layihəsi Milli Məclisin iclasına çıxarılacaq

11:16 - 28.01.2022


28 yanvar, Fineko/abc.az. Milli Məclisin 2022-ci il yaz sessiyası üçün qanunvericilik işləri planına bir sıra məsələ daxil ediləcək.

ABC.AZ-ın məlumatına görə, bununla bağlı məsələ parlamentin yaz sessiyasının ilk plenar iclasının gündəliyinə daxil edilib. Qanunvericilik işləri planına daxil olan layihələr aşağıdakılardır:

1. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi

2.” Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi

3. “Lombardlar haqqında” qanun layihəsi

4. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi

5. “Ali təhsil haqqında” qanun layihəsi

6. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi

7. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi

8. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

 

Bütün xəbərlər