“Şahdəniz” yatağının işlənməsində əlavə iştirak paylarının alınması prosesi davam edir

11:37 - 28.01.2022


28 yanvar, Fineko/abc.az.  Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsində “Petronas” şirkətindən əlavə iştirak payların alınması prosesi hələ başa çatmayıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

“”Şahdəniz” yatağının işlənməsində “Petronas” şirkətindən əlavə payların alınması prosesi davam edir”, - İ. Əhmədov bildirib. SOCAR-ın nümayəndəsi onu da əlavə edib ki, Rusiyanın “Lukoil” Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsində artıq rəsmi tərəfdaşdır. Belə ki, ötən ilin sentyabrında BP sözügedən layihədə iştirak payının 25%-ni Rusiyanın “Lukoil” şirkətinə satmağı razılaşdırdığı barəsində elən edib. Hazırda layihədə iştirak payları belədir: SOCAR-ın Ortaq Neft Şirkəti - 50%, BP - 25% və “Lukoil” - 25%.

 

Bütün xəbərlər