Mərkəzi Bank faiz dərəcəsini artırdı - Uçot dərəcəsi belə oldu

12:22 - 28.01.2022


28 yanvar, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25%-dən 7,50%-ə qaldırılıb.

ABC.AZ xəbəe verir ki, ölkənin əsas Bankı faiz dəhlizinin aşağı həddini 6%, yuxarı həddini isə 9% səviyyəsində müəyyən edib. Beləliklə, Mərkəzi Bank uçot dərəcəsini 0,25 faiz bəndi artırıb.

Qeyd edək ki, 17 Dekabr 2021-ci il tarixində Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7%-dən 7.25%-ə qaldırılmışdı.

Faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8.25% səviyyəsində müəyyən edilmişdi.

Müəllif: Elmir Murad

Bütün xəbərlər