Valyuta bazarına 245 milyon dollar olmaqla alış yönündə müdaxilə edilib - Elman Rüstəmov

28.01.2022,14:16


28 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank bu gün faiz dərəcələrinə dəyişiklik edilməsi ilə bağlı iclas keçirib.

ABC.AZ-ın məlumatına görə, iclasda Mərkəzi Bank sədri Elman Rüstəmov bir sıra suallara cavab verib. Ölkənin əsas Bankiri bildirib ki, 2021-ci ildə keçirilmiş valyuta hərraclarının 70%-də təklif tələbi üstələyib.

E.Rüstəmov əlavə edib ki, Mərkəzi Bank valyuta bazarına 245 milyon dollar məbləğində olmaqla alış yönündə müdaxilə edib.

Müəllif: Elmir Murad