Valyuta hərraclarında satışlar niyə yüksək olur?

14:31 - 28.01.2022


28 yanvar, Fineko/abc.az. Mərkəzi Bankın sədri Elman Rüstəmov 2021-ci ilin noyabr, dekabr və 2022-ci ilin yanvar ayında keçirilmiş valyuta hərraclarında satışların yüksək olmasının səbəbini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, Elman Rüstəmov özü də son aylar keçirilən hərraclarda valyutaya tələbin artdığını bildirib: "Xarici valyutaya tələbin artması ilin sonunda büdcə xərclərinin artması və bununla əlaqədar olaraq dövriyyəyə daha çox vəsaitin daxil olması ilə əlaqədardır. Biz bunu gözləyirdik. Ötən hərracda (27 yanvarda keçirilib) tələb bir qədər azalıb. Artıq əhali də 2022-ci ildə manatın məzənnəsinin sabit qalacağını başa düşdüyündən nağd dollar alışını da azaldıb”.

Qeyd edək ki, indiyə qədər keçirilmiş hərracların bir çoxunda satış 100 milyon dollardan çox olub.

Bütün xəbərlər