Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub

14:21 - 27.04.2018


27 aprel, Fineko/abc.az. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı olub.

Azərbaycan XİN xəbər verir ki, danışıq zamanı ikitərəfli əlaqələrin inkişafının aktual məsələləri müzakirə olunmuşdur.

“Xarici işlər nazirləri Xəzər dənizinin hüquqi statusuna dair konvensiya və Xəzəryanı dövlətlərin qarşıdan gələn V sammitinə hazırlıq məsələlərini müzakirə etdilər”, - XİN məlumatında belə deyilir.

Həmçinin, telefon danışığı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar müzakirə olunub.

 

Bütün xəbərlər