ARDNF Türkiyə Mərkəzi Bankında depozit yerləşdirib

17:25 - 28.01.2022


28 yanvar, Fineko/abc.az. Cari ilin yanvar ayında Dövlət Neft Fondu (ARDNF) Türkiyə Mərkəzi Bankında 1 milyard avro depozit yerləşdirib.

ARDNF-in yaydığı məlumatda qeyd olunur ki, depozit 6 aya qaytarmaq şərti ilə yerləşdirilib.

Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və qaydaları çərçivəsində həyata keçirilib və ötən gün yekunlaşıb.

 

Bütün xəbərlər