Vergi və gömrük sahəsində güzəştlər olacaq - Təkliflər hazırlanır

14:23 - 31.01.2022


31 yanvar, Fineko/abc.az. Dövlət orqanları vergi və gömrük sahəsində güzəştlərə dair təkliflər hazırlayacaq.

ABC.AZ xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Azərbaycanın aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları vergi və gömrük sahəsində güzəştlərə dair təkliflərini və onların qiymətləndirilməsi üçün zəruri məlumatları vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi vasitəsilə Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

 

Bütün xəbərlər