Dollar yenə bahalaşacaq - “JP Morgan”dan proqnoz

15:10 - 31.01.2022


31 yanvar, Fineko/abc.az. Qlobal investisiya bankı “JP Morgan” ABŞ Mərkəzi Bankının (FED) mart ayında faiz artırmasından sonra dolların möhkəmlənməyə davam edə biləcəyini açıqlayıb.

ABC.AZ xəbər verir ki, “JP Morgan”ın ekspertləri dolların qalxması üçün hələ də yer olduğunu qeyd edib. Onların ehtimalına görə, bazarlar hələ də qiymət axtarışı rejimindədir.

"Dollar FED-in uçot dərəcəsini artırmasından sonra çox güman ki, 1-2 ay ərzində pik həddinə çatacaq”, - deyə ekspertlər qrupu bildirib.

Ehtimal olunur ki, FED-in 2022-ci ildə 5 dəfə faiz artıracağı gözləntiləri güclənib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər