Neft bahalaşır, Brent barrel başına $89,60 təşkil edir

09:42 - 1.02.2022


1 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə axşamı ticarətində artır.

Saat 9: 00-da London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin aprel fyuçersi $0,34 (0,38%) bahalaşıb barel başına $89,60-a yüksəldi. Yanvarın 31 - də keçirilən ticarətin nəticələrinə görə, Brent-in aprel fyuçersinin qiyməti $0,74 (0,84%) - barrel başına $89,26-a yüksəlib.

Saat 9: 00-da Nyu - York əmtəə birjasında (NYMEX) WTI-nin mart  fyuçersi $0,32 (0,36%) - barrel başına $88,47-ə qədər artıb. Yanvarın 31 - də ticarət nəticələrinə görə, WTI-nin mart fyuçersi $1,33  (1,53%) barel  başına $88,15-a yüksəldi.

 

Bütün xəbərlər