Bakı və Aktau arasında uçuşlar başlayır - Bu tarixdən

15:28 - 1.02.2022


1 fevral, Fineko/abc.az.  “Azərbaycan Hava Yolları” aviaşirkəti uçuşların coğrafiyasını genişləndirdiyini  elan edib.

ABC.AZ-ın məlumatına görə, fevralın 18-dən aviadaşıyıcı Bakı-Aktau-Bakı marşrutu üzrə birbaşa reyslərə başlayır.

Belə ki, fevraldan etibarən Bakıdan Aktau şəhərinə uçuşlar çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək. Aviabiletləri aviaşirkətin rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

 

Bütün xəbərlər