Avropada işsizliyin ən çox olduğu ölkələr - Siyahı

15:43 - 1.02.2022


1 fevral, Fineko/abc.az. Dekabr ayında Avro zonada işsizlik səviyyəsi rekord minimuma - 7 faizə enib.

ABC.AZ xəbər verir ki, bir müddət əvcək iqtisadçıların proqnozu 7,1 faiz təşkil edirdi.

Noyabr ayı üzrə işsizlik səviyyəsi nisbəti də 7,2 faizdən 7,1 faizə dəyişdirilib.

Avro zonasında gənclər arasında işsizlik noyabrda 15,4 faizlə rekord qırdıqdan sonra dekabrda 14,9 faizə geriləyib. Avropa İttifaqında işsizlik səviyyəsi 6,5 faizdən 6,4 faizə düşüb.

Ən yüksək işsizlik səviyyəsi İspaniya və Yunanıstanda, ən aşağı göstəricilər isə Çexiya və Polşada olub.

 

Bütün xəbərlər