Neftin qiyməti yüksəlir, Brent barrel başına $89,50 təşkil edir

09:35 - 2.02.2022


2 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə günü ticarətində artır.

Saat 9:16-da, London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin aprel fyuçersi $0,34 (0,38%) - barel başına $89,50-a yüksəldi. Fevralın 1 - də keçirilən hərracların nəticələrinə görə, Brent-in aprel fyuçersinin qiyməti $0,10 (0,11%) – barrel başına $89,16-a düşüb.

Saat 9: 18-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin mart fyuçersi $0,32 (0,36%) - barrel başına $88,52 səviyyəsinə yüksəldi. Fevralın 1 - də baş tutan ticarətin nəticələrinə görə, WTI neftinin mart fyuçersi barrel başına $0,05 (0,06%) - $88,20-a yüksəldi.


Bütün xəbərlər