VTB Online internet bank istifadəçilərinin sayı 25% artıb

16:34 - 27.04.2018


İlin əvvəlindən bank VTB (Azərbaycan)-ın VTB Online internet bank xidmətindən istifadə edənlərin sayı 25% artıb.

Onlayn xidmətdən daha çox şirkətlər və fərdi sahibkarlar faydalanır. Korporativ müştərilər arasında ən çox istifadə edilən xidmətlər konvertasiya, ölkə daxili və xaricə pul köçürmələri, əmək haqları üzrə ödənişlərdir. Fiziki şəxslər internet bankdan əsasən kommunal, mobil və siğorta xidmətlərinin ödənişi, eləcə də kartdan karta pul köçürmək (Card to Card) üçün istifadə edir. Internet bank vasitəsi ilə bank daxilində kartlar arasında pul köçürmə zamanı müştərilərdən komissiya tutulmur, bu da belə əməliyyatları daha sərfəli edir.

VTB Online internet bank vasitəsi ilə mobil operator xidmətləri, kreditlər üzrə ödənişlər, hesablar arasında pul köçürülmələr,  ödəmə şablonlarının yaradılması və saxlanılması  mümkündür. Bundan başqa, müştərilər onlayn rejimdə  hesabdan çıxarış, hesab üzrə balans, tranzaksiyalar və əməliyyatların statusu barəsində məlumat əldə edə bilər. Əməliyyatları istənilən vaxtı, bankın ofisinə gəlmədən həyata keçirmək olar.

Qeyd edək ki, internet bank istifadəçiləri eləcə də “VTB Mobile” mobil bank xidmətindən də yararlana bilər. Bunun üçün IOS və Android sistemlərini dəstəkləyən mobil cihaza «VTB Mobile» əlavəsini yükləmək lazımdır.

 

Bütün xəbərlər