Birinci rübdə Azərbaycandan 356,4 milyon dollar həcmində qeyri-neft məhsulları ixrac edilib

17:02 - 27.04.2018


27 aprel, Fibeko/abc.az. 2018-ci ilin birinci rübündə Azərbaycanın qeyri-neft məhsullarının ixracı 356,4 milyon dollara çatıb ki, bu da keçən ilin analoji dövrünə nisbətən 35% çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda qeyd edildiyi kimi, qeyri-neft sektoru üzrə ixracın böyük hissəsi Rusiyanın payına düşüb (98,7 milyon dollar).

“Əsasən birinci  rübdə elektrik enerjisi (33,9 milyon dollar),  qızıl (30,9 milyon dollar), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (26,3 milyon dollar) ixrac edilib”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər