Ötən il ən çox satılan smartfonlar - Bir ildə 1 milyarddan artıq telefon satılıb

16:26 - 2.02.2022


2 fevral, Fineko/abc.az. Ötən il dünyada 1 milyard 390 milyon smartfon satılıb.

ABC.AZ-ın məlumatına görə, ən çox alınan telefon “Samsung” markaları olub.

Şirkət sözügedən dövrdə təxminən 271 milyon smartfon satıb. İkinci yeri 237.9 milyon telefonla “Apple” tutub.

Çinin nəhəng “Xiaomi” şirkəti isə 190 milyondan çox smartfon sataraq ilk üçlüyü tamamlayıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər