Neft ucuzlaşır, Brent bir barelə $89,27 təşkil edir

09:20 - 3.02.2022


3 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı ünü OPEC+-in neft hasilatının artımının saxlanması ilə bağlı qərarı fonunda azalır.

OPEC+ ölkələrinin nazirləri mart ayında neft hasilatının artırılması üzrə planın sutkada 400 min barrel saxlanılmasına səs veriblər.

Saat 9:09-da London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin aprel fyuçersi $0,20 (0,22%) - barrel başına $89,27-a düşüb. Fevralın 2-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in aprel fyuçersinin qiyməti $0,31 (0,35%) artaraq barrelə $89,47-a çatıb.

Saat 9:10-da, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin mart fyuçersi $0,34 (0,39%) - bir barelə $87,92 səviyyəsinə düşdü. Fevralın 2-də ticarət nəticələrinə görə, mart fyuçersi bir barrel üçün 0,06 (0,07%) - 88,26 dollara yüksəldi.

ABŞ Energetika Nazirliyinin məlumatına görə, ötən həftə ölkədə kommersiya neft ehtiyatları 1,05 mln.barrel azalaraq 415,14 mln. barelə düşüb. Benzinin əmtəə ehtiyatları 2,12 milyon barel artıb və 250,04 milyon barel təşkil edib. Distillatların kommersiya ehtiyatları 2,41 milyon barel azalaraq, 122,74 milyon barel təşkil edib.


Bütün xəbərlər