AZAL-ın ixrac etdiyi xidmətlər azalıb

16:52 - 3.02.2022


3 fevral, Fineko/abc.az. 2021-ci ildə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin ixrac etdiyi xidmətin həcmi açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, ötən il AZAL 8.2 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.4 milyon ABŞ dolları və yaxud 5% azdır.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə AZAL 8.6 milyon ABŞ dolları dəyərində xidmət ixrac etmişdi.

 

Bütün xəbərlər