"AzInTelecom"-a sədr təyin olunub - Yeni rəhbər ABŞ-da təhsil alıb

11:11 - 4.02.2022


4 fevral, Fineko/abc.az. "AzInTelecom" MMC-nin İdarə Heyətinə sədr təyin olunub.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bu vəzifə Elxan Əzizova həvalə edilib.

O, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət idarəçiliyi" ixtisası üzrə bakalavr, ABŞ-ın Corcia Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkil etdiyi MBA proqramı çərçivəsində "Biznesin idarəedilməsi" ixtisası üzrə magistr təhsili alıb, müxtəlif beynəlxalq kursları, eləcə də "Global Innovation Catalyst LLC" (GIC) və Stenford Universitetinin birgə təşkil etdiyi "Biznesin idarəedilməsi" kursunu uğurla bitirib.

Bütün xəbərlər