Dövlət Neft Fondunun gəlirləri artıb - Hesabat

12:21 - 4.02.2022


4 fevral, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) 1 Fevral 2022-ci il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə əldə edilən gəlirləri açıqlayıb.

Fonddan ABC.AZ-a daxil olan məlumata görə, 2001-ci ildən etibarən AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 156 milyard 56 milyon ABŞ dollarına çatıb.

Fond tərəfindən 2022-ci ildin Yanvar ayında (01.01.2022-01.02.2022 tarixinə) AÇG yatağından 683 milyon 114 min ABŞ dolları gəlir əldə edilib.

2007-ci ildən etibarən Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 4 milyard 701 milyon ABŞ dolları təşkil edib.

 

Bütün xəbərlər