Şahdəniz yatağı üzrə kondensatın satışından bu qədər gəlir əldə edilib

12:28 - 4.02.2022


4 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Neft Fondu (ARDNF) 1 Fevral 2022-ci il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə əldə edilən gəlirlərini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, cari ilin yanvar ayında Şahdəniz yatağından (qaz və kondensat) 149 milyon 899 min ABŞ dolları, o cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından  22 milyon 172 min ABŞ dolları gəlir əldə edilib.

Yanvar ayında AÇG və Şahdəniz yataqlarından cəmi gəlirlər 833 milyon 13 min dollar təşkil edib.

İndiyədək AÇG və Şahdəniz yataqları üzrə əldə olunan ümumi gəlirlər 160 milyard 757 milyon dollara çatıb.

 

Bütün xəbərlər