Çin Rusiyadan qaz alışını artırır - Müqavilə imzalandı

16:19 - 4.02.2022


4 fevral, Fineko/abc.az. Rusiya şirkəti "Qazprom" və Çinin CNPC şirkəti 10 milyard kubmetr qazın tədarükü üçün uzunmüddətli müqavilə imzalayıb.

ABC.AZ xəbər verir ki, bu barədə "Qazprom"dan bildirilib. Təbii qaz Uzaq Şərq marşrutu ilə daşınacaq.

Beləliklə, Rusiya boru kəməri ilə Çinə qaz nəqlinin həcmi 10 milyard kubmetr artacaq və ümumilikdə 48 milyard kubmetrə çatacaq.

 

Bütün xəbərlər