Neft qiymətləri müxtəlif istiqamətli hərəkət edir, Brent nefti barrel başına $93,50 təşkil edir

09:30 - 7.02.2022


7 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bazar ertəsi ticarətində müxtəlif istiqamətdə hərəkət edir.

Saat 9:13-də, London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin aprel fyuçersinin qiyməti $0,23 (0,25%) - barel başına $93,50 qədər yüksəldi. Fevralın 4 - də keçirilən ticarətin nəticələrinə görə, Brent-in aprel fyuçersinin qiyməti $2,16 (2,37%) artaraq barrelə $ 93,27-a çatıb.

Saat 9:14-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin mart ayına olan fyuçersi $0,26 (0,28%) - barrel başına $92,05-ə qədər aşağı düşüb. Fevralın 4 - də ticarət nəticələrinə görə, WTI-nin mart fyuşersi barel başına $2,04 (2,26%) $92,31 səviyyəsinə qalxıb.


Bütün xəbərlər