Yazda “iPhone SE”nin təqdimatı olacaq - Foto

16:52 - 7.02.2022


7 fevral, Fineko/abc.az. "Apple" şirkəti bu il yeni “iPhone SE”nin təqdim etməyi planlaşdırır.

ABC.AZ xəbər  verir ki, sözügedən modelin ilkin qiyməti də açıqlanıb.

Belə ki, artıq bir çox insayder əmindir ki, onun qlobal bazarda qiyməti təxminən 300 dollar təşkil edəcək.

Qeyd olunur ki, MDB ölkələrində qiymət bir qədər fərqli olacaq. Ən vacib dəyişikliklər arasında 5G-nin dəstəyi, eləcə də operativ yaddaşın 4 GB-a qədər artırılması olacaq.

“iPhone SE 2022”nin təqdimatı yazda gözlənilir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər