Azərbaycanda markalanmamış alkoqollu içkilər və tütün məmulatları satan şəxslər saxlanılıb

12:54 - 30.04.2018


30 aprel, Fineko/abc.az. Azərbaycanın Vergilər Nazirliyi pərakəndə satış məntəqələrində markalanmamış alkoqollu içkilərin və tütün məmulatının satışı ilə bağlı faktların artdığını bildirir.

Vergilər Nazirliyindən təqdim edilən məlumata əsasən, qurum, bu kimi obyektlərin yerləşdiyi yeri müəyyənləşdirib.

“Bakıda 15 ticarət obyektində vergi yoxlamaları nəticəsində satış məqsədi ilə iri həcmdə markalanmamış malların saxlanılması faktları aşkarlanıb. Bütün mallar müsadirə olunub. Fakt üzrə cinayət işi açılmış və məhkəmə qərarı ilə, əvvəllər bu kimi pozuntulara görə məsuliyyətə cəlb edilmiş O.Məmmədov, Ç. Rəfiyev və F.Məmmədov saxlanılmışdır”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər