Huawei şirkəti işçilərinə 4 milyard dollardan çox dvidend ödəyib

10:56 - 8.02.2022


8 fevral, Fineko/abc.az. Çinin Huawei şirkəti 2021-ci ildə işçilərinə 30 milyard yuandan (təxminən 4,7 milyard dollar) çox dividend ödəyib.

ABC.AZ-ın xarici mediaya istinadən xəbər verir ki, bu 2020-ci illə müqayisədə 15% azdır.

Belə ki, 2020-ci ildə şirkət Huawei-nin səhmdarlıq proqramında 121 200-dən çox işçiyə çatmaq planını açıqlamışdı. Hesablamalara görə, ötən il şirkətin 12 minə yaxın əməkdaşı səhmlər üzrə dividendlər alıb.

Hər bir səhm üçün Huawei 2020-ci ildəki 1,86 yuan, 2021-ci ildə 1,58 yuan (təxminən 25 sent) ödəyib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər